news Image
2012.07.24
13:42
| A A A
ABŞ ilk qadın astronavtını itirdi

Movqe.az xəbər verir ki, ABŞ-ın ilk qadın astronavtı Sali Rayd 61 yaşında vəfat edib. Rayd 17 aydır mədəaltı vəzi xərçəngi ilə mübarizə edirdi. Amerika Milli Hava və Kosmos Agentliyi (NASA) tərəfindən verilən açıqlamaya görə ABŞ prezidenti Barak Obama vəfat edən astronavt Rayd üçün "Milli Qəhrəman" ifadəsini işlədib. NASA meneceri Çarlz Bolden rəsmi internet saytında verdiyi açıqlamada "Sali Rayd professionallıq və cəsurluğuna görə  bir çox maneələri dəf edib. Sözün qısası, Amerikanın kosmos proqramını dəyişdirib. Hökümətimiz öz müəllim, lider, tədqiqatçısını itirdi" deyib. Xatırladaq ki, qadın astronavt 1983-cü ildə 32 yaşında olanda "Challengera" gəmisi ilə kosmosa getmişdi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs