news Image
2012.07.24
13:45
| A A A
"McDonalds"da ikinci skandal

Movqe.Az bildirir ki, Keçən həftə Çilidəki restoranda təqdim edilən hamburgerdən siçan quyruğu çıxmasıyla gündəmə gələn məşhur fast-food zənciri "McDonalds", indi də Rusiyada yaşanan bir hadisə ilə insanları heyrətə salıb. "Kommersant FM"in xəbərinə görə, Moskvadakı "Global City" ticarət mərkəzində yerləşən "Mc Donalds"da bir müştəri hamburgerinin içərisindən soxulcan tapıb.

Qadın müştərinin aldığı və paket etdirdiyi "McChicken" toyuqlu burgerdə və burgerin yarısını bitirdikdən sonra paketin içərisində də soxulcan görülüb. Hadisə nəticəsində soxulcanlı burger qaytaran müştəri pulunu geri alıb.

Restoranlar üzrə Federasiyası Başçılığı tərəfindən soxulcanın çöldən girdiyi və satış anında soxulcan olmadığı iddia edilərkən, İstehlakçı Hüquqlarının Qoruma Dərnəyi ən qısa zamanda nəzarəti gücləndirəcəyini bildirib.

Xalq Sağlamlığı Dairəsi Başçısı Gennadiy Onişenko isə, burgerin içində soxulcan olsa da, olmasa da yeyilməməsi üzrə çağırış edib. Digər tərəfdən, İstehlakçı Hüquqlarının Qoruma Dərnəyi tərəfindən verilən məlumatda, bu hadisə təsdiqləndiyi an çox qatı tədbirlər görüləcəyi xəbəri açıqlanıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs