news Image
2012.07.24
15:02
| A A A
Beyindəki kök hüceyrələr şişə qarşı müdafiə edir

Movqe.az xəbər verir ki, uşaqlarda beyin şişi hüceyrələrini öldürən kök hüceyrələrin yaydığı siqnal maddələriylə yetkinlərdə qlioblastomanın müalicə edilməsi ehtimalı meydana çıxıb. "Nature Medicine" jurnalında nümayiş olunan məqaləyə görə yetkinlərdə sıx rast gəlinən beyin şişi olan qlioblastomaya qarşı gənclərin təbii müdafiəsi mövcuddur. Müdafiə mexanizminin təməlində yaş irəlilədikcə azalan beyin kök hüceyrələri iştirak edir. Beyində xərçəngli hüceyrələr meydana gəldikdə kök hüceyrələr bunlara doğru irəliləyir və sərbəst buraxdıqları siqnal maddələriylə şiş hüceyrələrində genetik "intihar proqramı"nı dövrəyə salır. Beləcə şişli hüceyrə özü özünü məhv edir. Siçanlar üzərində aparılan təcrübələrdə laboratoriyada əldə edilən siqnal maddəsiylə heyvanların beyninə yerləşdirilən şişin böyüməsi dayandırılıb. Beləcə heyvanların ömür müddəti uzanıb. Elm adamları insanlarda da istifadə edilə biləcək bənzəri bir maddənin inkişaf etdirilməsi halında qlioblastoma müalicəsi üçün əhəmiyyətli bir addım atıla biləcəyini ifadə edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs