Əlaqə Arxiv
news Image
2012.07.25
14:26
| A A A
Türkiyə Suriya ilə sərhəd qapılarını bağlayır
Movqe.Az "Euronews"a istinadən bildirir ki, Türkiyə 4 milyard dollardan çox  ixracatı olan Suriya ilə bütün gömrük qapılarını bağlayır.

Məlumat, bir televiziya proqramına qatılan Gömrük və Ticarət naziri Hayati Yazıcıdan gəlib. Yazıcı, bunun embarqo mənasını vermədiyini, tədbirin təhlükəsizlik səbəbiylə alındığını qeyd edib.

Əsəd rəhbərliyi son günlərdə sərhəd nöqtələrinin idarəsini itirərkən, ölkəyə girən türk tırlarının da yağmalandığı xəbərləri gəlib.

Sərhəddə bu hadisələr baş verərkən, Suriyada son qarşıdurmaların mərkəzi paytaxt Şam və Hələb olub. Ölkənin iqtisadi mərkəzi olan Hələbdə Suriya ordusunun əməliyyatlarda vertolyotları və tankları istifadə edə bilməsinə baxayaraq, hadisə şahidləri onlarla ölü olduğu qeyd edib.

Şəhərdəki bir həbsxanada da üsyan zamanı ən azı 16 məhkumun öldüyü bildirilib.

Paytaxt Şamda isə müxaliflərin keçən həftə başlatdığı silahlı mübarizə davam edir. Bəşər Əsədə bağlı qruplar hələ də şəhərin idarəsini təmin etməyə çalışarkən, Şamın bütün məhəllələrində qarşıdurmaların davam etdiyi bildirilir.

Sizin Reklam Yeriniz