news Image
2012.07.25
14:08
| A A A
Şamın şimalında hücumlar səngimək bilmir

Movqe.az xəbər verir ki, Suriya ordusundan asılı topçu birlikləri, paytaxt Şamın şimalındakı 100 min əhalisi olan Tel qəsəbəsini top və raket silahlarından atəşə tutub. Evləri uçurulan yüzlərlə ailə çaxnaşma ilə buradan qaçmağa başlayıb. Müxalif qaynaqlar Telə yaxın bölgədə yerləşən 216-cı mexanik Tabur qərargahının bombardmanı gecə başlatdığını, qəsəbədə böyük çaxnaşma yarandığını, hər dəqiqə yeni partlayışın meydana gəldiyini, insanların yaşadığı mənzillərin tuşlandığını bildirib. Xatırladaq ki, Şamın 8 kilometr şimalındakı Tel Sünni Müsəlmanların əksəriyyətinin məskunlaşdığı bir qəsəbədir. Ötən aylarda minlərlə ailə, qarşıdurmalardan qaçmaq üçün Humus və Şamdan Tel bölgəsinə gəlmişdi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs