news Image
2012.07.25
14:20
| A A A
Çində "Vicente tayfun fırtınası" baş verib

Movqe.az xəbər verir ki, dünyanın ən çox əhalisinin yaşadığı Çində Visente tayfun fırtınası baş verib. Ölkədə son 5 gündür davam edən şiddətli yağışlar nəticəsində 111 nəfər dünyasını dəyişib, 47 nəfərin taleyindən isə xəbər alına bilmir. 22 bölgədə cəmi 9 milyon 200 nəfərin təsirləndiyi yağışlarda, 114 min iqamətgaha da ciddi ziyan dəyib. Digər tərəfdən fəlakətlər nəticəsində 54 min ev də dağıntılara məruz qalıb. Ümumilikdə, Çində bu il  güclü yağışlar nəticəsində 721 nəfər ölüb, itkin düşmüş 118 nəfərin taleyindən isə hələ də xəbər yoxdur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs