news Image
2012.07.25
14:35
| A A A
292 milyon dolları da donduruldu
Hüsnü Mübarəkin İsveçrədəki bank hesablarındakı pulunun 292 milyon dolları da donduruldu. Movqe.Az bildirir ki, Misirin keçmiş prezidenti Hüsnü Mübarək və digər keçmiş idarəçilərin İsveçrə banklarında olan pullarının 292 milyon dollarlıq hissəsi dondurulub.

"Xaricə Qaçırılan Misir Mallarını Geri Alma Mühakimə Komissiyası" Hüsnü Mübarək və köhnə rejim dövründə önə çıxan adların İsveçrə banklarında olan 705 milyon dollar məbləğində hesablarının dondurulduğu bildirilib.

Komissiya, İsveçrədəki hesabların 413 milyon dollarının daha əvvəl, 292 milyon dolların da dünən dondurulduğunu bildirib.

Komissiyanın sədr məsləhətçi Asim əl-Cövhəri, "AA" müxbirinə verdiyi məlumatda, 705 milyon dolların Mübarək, oğulları və dövrün əhəmiyyətli adlarının hesablarının  təqib edilməsi və təsirli bir istintaq icra edilməsi nəticəsində dondurulduğunu ifadə edib.

Cövhəri, "Hesabların dondurulma qərarı komissiyanın pulları Misir xəzinəsinə aid olduğunu sübut edən məlumatları İsveçrəyə göndərilməsindən sonra alınıb​​. Komissiya qeyri-qanuni yollarla xaricə qaçırılan malları geri almaq üçün  istintaqına davam edir" deyib.

Bundan əlavə, Asim Cövhəri  komissiyanın İspaniya, Cənubi Kipr və Maldiv adaları kimi bəzi Avropa ölkələrində də Misir xəzinəsinə aid hesabları araşdıracağını qeyd edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs