Əlaqə Arxiv
news Image
2012.07.25
16:00
| A A A
İndoneziyada zəlzələ olub

Movqe.az xəbər verir ki, İndoneziyanın qərbində bu gün səhər radələrində medyana gələn 6.6 bal gücündə zəlzələ nəticəsində bir nəfərin öldüyü bildirilib. İndoneziyanın qərbindəki Ace əyalətində bu gün yerli vaxtla 09.30 radələrində 6.6 gücündə zəlzələ baş verib. Zəlzələnin mərkəzinin Ace bölgəsinin Sinabanq kəndinin 28 kilometr şimal-qərbində və 45 kilometr dərinlikdə olduğu qeyd olunub. İndoneziya Milli Fəlakət Rəhbərliyi Agentliyi zəlzələ nəticəsində 70 yaşlı yüksək təzyiq xəstəsi olan bir nəfərin çaxnaşma zamanı qaçarkən öldüyünü açıqlayıb. Zəlzələ Sumatra adasının şimalında bir neçə qəsəbə və kənddə çaxnaşmaya səbəb olub. Zəlzələdən qorxuya düşən insanlar uzun müddət evlərinə qayıtmaq istəməyib.

Sizin Reklam Yeriniz