Əlaqə Arxiv
news Image
2012.07.26
16:07
| A A A
Taylandda toqquşma olub

Movqe.az xəbər verir ki, Taylandın cənubunda bomba qoyulmuş avtomobildə təşkil edilən hücumda 5 polis dünyasını dəyişib. Ölkənin Yala əyalətində müəllimlərin yol təhlükəsizliyini təmin edən polislərə tələ quran təcavüzkarlar bomba quraşdırılmış maşını avtomatik pult vasitəsilə partladıb. Təcavüzkarların bombanı oğurladıqları yük maşınının benzin deposuna yerləşdirdikləri qeyd olunub. Hücumda 5 polis hadisə yerində jeçinib, bir polis isə ağır yaralanıb. Rəsmilər ölkədə təhlükəsizlik qüvvələrinə yönəlmiş son aylarda artan silahlı hücumlara diqqət çəkib.

Sizin Reklam Yeriniz