news Image
2012.07.26
13:51
| A A A
Suriyalı idmançılar üçün bayraq mərasimi
Movqe.Az bildirir ki, London Olimpiya oyunlarında mübarizə edəcək suriyalı idmançılar, öz ölkələri üçün təşkil edilən bayraq mərasiminə qatılıblar. Onların arasında üzərində Bəşər Əsədin fotoşəkili olan bayrağı daşıyan şəxs diqqət çəkib.

Suriyalı idmançılarının bayraq mərasiminə mətbuat mənsublarının böyük maraq göstərdikləri müşahidə edilib.

Bayraq mərasimindən sonra mətbuat nümayəndələri suriyalı idmançılardan müsahibə almaq üçün böyük səy göstəriblər. Suriyalı idmançıların olimpiada ilə bağlı sualları cavablandırmalarına baxmayaraq, ölkələrindəki vəziyyətlə bağlı sualları cavabsız qoyublar.

Mərasimdə bir qadının üzərində Bəşər Əsədin fotoşəkili olan bayrağı daşıması diqqəti çəkib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs