news Image
2012.04.11
13:09
| A A A
İran şahzadəsi İsraildən kömək istəyir
“Yəhudi dövləti gərək İranı bombalamaq əvəzinə "texnologiyasını, maliyyəsini, başqa resurslarını onların ixtiyarına versin"

İranın devrilmiş şahının oğlu şahzadə Rza Pəhləvi İsraili onun ölkəsini bombalamamağa çağırıb. Rza Pəhləvi deyib ki, əvəzində İsrail ölkənin dini rejiminə qarşı müxalif olanlara kömək etsin. Devrilmiş şahın böyük oğlu olan Rza Pəhləvi İsrailin "Kanal 10" televiziyasına müsahibəsində deyib ki, yəhudi dövləti gərək İranı bombalamaq əvəzinə "texnologiyasını, maliyyəsini, başqa resurslarını onların ixtiyarına versin". İran və İsrail arasında 1979-cu il İran İslam İnqilabından öncə xoş münasibətlər olub. Hazırda hər iki ölkə bir-birini düşmən sayır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs