Kanadada “Azerbaijan Star” qəzeti nəşrə başlayıb
Kanadanın Toronto şəhərində "Heydarbaba Media
Group"un təsisçiliyi ilə "Azerbaijan Star" qəzeti ingilis dilində
nəşrə başlayıb. Bu barədə APA-ya qəzetin baş redaktoru, Kanadada
yaşayan soydaşımız Yaşar Purəli məlumat verib. O bildirib ki,
qəzetin ilk sayı bu ayın 23-də işıq üzü görüb: "5000 tirajla nəşr
olunan "Azerbaijan Star" 20 səhifəlik aylıq qəzetdir. Torontoda çap
edilərək ətraf şəhərlərdə, eləcə də 40-a yaxın müəssisələrə pulsuz
paylanılıb. Növbəti buraxılışları hər ayın 15-də çap edəcəyik.
Qəzetin məqsədi Azərbaycan mədəniyyətini və turizmini Kanada
cəmiyyətinə daha çox tanıtmaqdır".