news Image
2012.07.27
14:45
| A A A
Növbəli iş infarkt riskini artırır
Movqe.Az bildirir ki, Kanadalı və norveçli elm adamları növbəli işdə işləyənlərin digər işçilərə nisbətən daha çox infarkt riski daşıdığını açıqlayıblar.

"British Medical Journal" jurnalında nəşr olunan araşdırma, növbəli işlərin bədən saatını pozduğunu və həyat forması üzərində əks təsirə səbəb olduğunu göstərib.

Təxminən 2 milyon işçinin iştirakıyla keçirilən və işçilərin sosial-iqtisadi vəziyyətləri ilə bəslənmə vərdişlərinin də araşdırıldığı işdə, növbəli işçilərin infarkt keçirmə riskinin 23 faiz, ürək narahatlığına tutulma riskinin 24 faiz, iflic keçirmə riskinin isə 5 faiz daha çox olduğu təyin olunub.

"Western" Universitetindən Dos. Dr.Dan Hakam, növbəli işlərdə çalışan kəslər arasında yuxu problemlərinin və pis bəslənmənin də olduğunu söyləyib.

Gecə növbəsində işçilərin müəyyən bir istirahət dövrlərinin olmadığına və bu səbəblə sinir sistemlərinin davamlı aktiv olduğuna işarə edən Hakam, gecə növbəsindən sonra ən az iki gecə yatmağın işçilərin daha sağlam olmasına kömək edəcəyini bildirib.

Daha əvvəl edilən araşdırmalar da da növbəli işlərin təzyiq və şəkər riskini artırdığını məlum edib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs