Əlaqə Arxiv
news Image
2014.12.29
12:12
| A A A
Bayramla bağlı bulvarda-Yenilik
"Bayram günlərində Milli Parkda bütün atraksiyonlar, karusellər gecəyarısına qədər işləyəcək".
Movqe.az-a bu açıqlamanı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov verib. N. Məcidov bildirib ki, bayramla əlaqdər bulvar əsrarəngiz bəzədilib: "Əvvəlki illərdən fərqli olaraq Qız Qalası ilə üzbəüz bəzədilmiş ağaclar bayramsayağı bəzədilib. Həmin ağacların üzərində işıqlandırma ilə gecəyarıya qədər şou davam edir ki, bu da bulvarda əsl bayram əhval-ruhiyyəsi yaradır. Bu şou yanvar ayının 10-a qədər davam edəcək. Bütün atraksiyonlar karusellər gecə yarıya qədər, insan axını olana qədər işləyəcək". N. Məcidov onu da bildirib ki, bayramla əlaqədar İdarə gücləndirilmiş iş rejimində işləyir: "Bulvarın təhlükəsizlik xidməti ilə yanaşı Səbael rayon post patrul xidməti də bulvarda gücləndirilmiş rejimində işləyir". 
Sizin Reklam Yeriniz