news Image
2014.12.29
16:51
| A A A
Rusiya “İslam dövləti” və “Cebhat ən-Nusra”nı terrorçu təşkilat kimi tanıdı

Rusiya Ali Məhkəməsi "İslam dövləti" və "Cebhat ən-Nusra" qruplaşmalarını terrorçu təşkilat kimi tanıyıb.


 

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə həmin təşkilatların Rusiya ərazisində fəaliyyəti rəsmən qadağan olunub.

 

Qeyd edək ki, "İslam dövləti" və "Cebhat ən-Nusra" qruplaşmalarının terrorçu təşkilat kimi tanınması tələbi ilə Rusiya Ali Məhkəməsinə ölkənin Baş Prokurorluğu müraciət edib.