news Image
2012.07.28
10:02
| A A A
Bakının mərkəzi yolu bağlandı
"Azneft" meydanı istiqamətindən prospektə giriş tamamilə qadağan edilib. Nəqliyyat vasitələri metronun "İçərişəhər" stansiyası istiqamətindəki yollara istiqamətləndirilir. Prospekt vasitəsi ilə "Azneft" meydanı istiqamətinə gediş-gəliş isə qismən məhdudlaşdırılıb.

 Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, əvvəlcədən sürücülərə prospektdə hərəkətin məhdudlaşdırılacağı ilə bağlı müraciət edilsə də, əksər sürücülər buna əhəmiyyət verməyib: "Biz öncədən elan vermişdik. Çox təəssüf olsun ki, bəzi sürücülər bunu nəzərə almırlar. Bir daha xahiş edirik ki, sürücülər alternativ yollardan istifadə etsinlər".

 Qeyd edək ki, son günlər "Neftçilər" prospektində aparılan əsaslı təmir işləri ilə əlaqədar yolun hərəkət zolaqları daralıb. Bu səbəbdən də iş günlərinin əksər vaxtlarında prospektdə tıxac müşahidə olunur. Həmçinin yolun ətrafının qazılması, ətrafdakı toz-torpaq, texnika insanlarda narahatlıq yaradır

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs