news Image
2012.07.28
12:33
| A A A
Rəsmi işsizlərin sayı açıqlandı
2012-ci il iyulun 1-i vəziyyəti üçün ilkin məlumatlara əsasən ölkədə iqtisadi fəal əhalinin sayı 4634,1 min nəfər olub, onlardan 4388,6 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, 2012-ci ilin yanvar-may aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin orta siyahı sayı 1368,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 848,9 min nəfər, qeyri-dövlət bölməsində isə 519,9 min nəfər təşkil edib.

 Bununla yanaşı, iqtisadiyyatın neft sektorunda 36,7 min nəfər, qeyri-neft sektorunda isə 1332,1 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1329,3 min nəfər təşkil edib.

 2012-ci il iyul 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 38 min nəfər olub, onların 42,5 faizini qadınlar təşkil edib. Hər bir boş iş yerinə (vakansiyaya) işsiz statusuna malik olanların 2 nəfəri düşür. İşsizliyə görə müavinətin orta məbləği 208,7 manat olub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs