Əlaqə Arxiv
news Image
2012.07.31
13:45
| A A A
Şiddətli qasırğalar davam edir

Movqe.az xəbər verir ki, Uzaq şərqdə təsirli olan Saola qasırğası Filippində 7 nəfərin ölümünə səbəb olub. Tayvanda tropik fırtına şəklində olan Saolanın sabah qasırğaya çevrilməsi gözlənilir. Tayvanın Hualien şəhərində 330 kvadrat kilometr sahədə təsirli olan Saola şimaldan cənuba doğru saatda 5-10 kilometr sürətlə hərəkət edir. Sakit okeanda bu il reallaşan fırtınalardan doqquzuncusu olan Saola Çinin Fujian və Zhejianq əyalətlərində də təsirli olub. Yaponiyanın paytaxtı Tokioda isə Damrey adlı tropik fırtına 860 kvadrat kilometr sahəni öz təsiri altına alıb. Ötən günlərdə Honq Konqda da vəziyyət gərgin idi. Visende qasırğası nəticəsində bir çox yerdə ağaclar qırılmış, 12-dən çox təyyarə uçuşu ləğv olmuş, 200-dən çox uçuş isə təxirə salınmışdı.

Sizin Reklam Yeriniz