news Image
2012.07.31
13:32
| A A A
Çində fabrik tullantılarına qarşı nümayişlər keçirilib

Movqe.az xəbər verir ki, Çinin Jianqsu əyalətindəki fabriklərin ətraf mühiti çirkləndirdiyindən şikayət edən bölgə əhalisinin başlatdığı nümayişlər getdikcə böyüyür. Qidonq şəhəri sakinləri ötən həftə sonu fabriklərin tullantı sularını dənizə boşaltılmasına qarşı çıxaraq nümayiş keçirmişdi. Sözügedən problemin internet mühitində müzakirə edilməsi ilə nümayiş iştirakçılarının sayı artıb. Alınan məlumata görə nümayişlərə on minlərlə insan qoşulmağa başlayıb. Cənubi Koreyanın rəsmi xəbər agentliyi Yonhapın xəbərinə görə dünən Qidonq şəhərində nümayişçilər ilə polis arasında toqquşma yaşanıb. Alınan məlumata görə sözügedən fabriklərin Yapon firmalarına aid olması nümayişçilərin qəzəbini daha da artırıb. Digər tərəfdən Hongqkonq və Tayvan mediasına görə nümayişlər Şanqhayda da əks səda yaradıb. Şəhərdə  internet əlaqəsi və cib telefonu yazışmalarına da məhdudiyyətlər qoyulub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs