news Image
2012.08.01
14:25
| A A A
Hələbdə polis bölməsinə basqın zamanı 40 polis öldürüldü
Movqe.Az "Euronews"a istinadən bildirir ki, Suriyanın ikinci ən böyük şəhəri olan Hələbdəki sıx qarşıdurmaların 11-ci günündə şəhərdə olan iki polis bölməsinə basqın edən üsyançılar 40 təhlükəsizlik adamını öldürüblər. Basqın zamanı əsir alınan rejim tərəfdarı olan üç nəfər edam edilib.

Suriya İnsan Haqqları İzləmə Təşkilatının direktoru Ramı Abdul Rəhman, əsir alınan kəslərin bu şəkildə edam edilməsinin islam dinində yeri olmadığını ifadə edərək hadisəni təsdiq etmədiklərini bildirirb.

Abdul Rəhman bundan əlavə, Hələb şəhərində basqın edilən iki polis bölməsinin müxaliflərin idarəsinə keçdiyini açıqlayıb. Hələbdə  rejim tərəfdarı ordu birlikləri, şəhəri bombalamağa davam edir. Günlərdir davam edən qarşıdurmalar səbəbiylə şəhərdə xəstəxana və sağlamlıq mərkəzlərində boş yer yoxdur. Minlərlə adam evindən çölə çıxmağa qorxarkən, hər keçən gün şəhərdən qaçanların sayı da artır. Hələbdəki qarşıdurmalarda bu gün 87 nəfər dünyasını dəyişib.