news Image
2012.08.01
12:53
| A A A
Zibillikdən 30 körpəni xilas etdi

Movqe.az xəbər verir ki, zibil yığaraq dolanışığını təmin edən, tapdığı tərk edilmiş 30 körpəyə baxan 88 yaşlı çinli qadın ölkəsində "qəhrəman" elan edilib. Çinin Jinhua şəhərində zibil yığaraq pul qazanan 88 yaşlı Lou Xiaoyinq indiyə qədər tərk edilmiş 30-dan çox uşağı xilas edib. O,  hal-hazırda isə ürək və böyrək çatışmazlığı xəstəliyi ilə bağlı xəstəxanada müalicə alır. Yalnız bir bioloji uşağı olduğunu izah edən Lou, "17 il əvvəl ölən həyat yoldaşımla birlikdə ilk dəfə 1972-ci ildə bir qız uşağını zibillikdə tərk edilmiş halda gördük. O tarixdən bu yana 30-dan çox tərk edilmiş körpəni xilas etmişəm. Nə qədər pis şərtlər altında yaşasam da, kiçik bir canlını zibillikdə ölümə tərk edə bilmərəm "deyib.1978-ci ildən bu yana qatı bir şəkildə tək uşaq siyasətinin tətbiq edən çinli ailələr ümumiyyətlə ikinci uşaqlarını və baxa bilməyəcəklərini düşündükləri körpələrini küçədə qoyaraq tərk edir.