Azərbaycan paytaxtında məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın başlayıb
Bakıda məcburi köçkünlərin məskunlaşdığı
yataqxanada yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət
Yanğından Mühafizə XidmətindənAPA-ya verilən məlumata görə,
hadisə Binəqədi rayonu, Dərnəgül qəsəbəsində, "Ramin" şadlıq evinin
yaxınlığında yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxanada
qeydə alınıb. Hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam
etdirilir.
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın baş verən yataqxananın sakinləri evakuasiya edilib.
Məlumata görə, yanğın yataqxananın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birində meydana gəlib. Yataqxanadakı sakinlərin hamısı evakuasiya edilib.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın 14-cü Aşırım küçəsində yerləşən 5 mərtəbəli yataqxana binasının yuxarı mərtəbələrində meydana gəlib.
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov jurnalistlərə açıqlamasında deyib ki, yanğının səbəbləri araşdırılacaq. Hazırda yanğının səbəbləri məlum deyil.
Hadisə yerinə 10-dan çox yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hadisə zamanı xəsarət alan olmayıb.