news Image
2012.08.02
11:53
| A A A
Oruc tutmaq qadağan edilib

Movqe.az xəbər verir ki, Pekin rəhbərliyinin əhalisinin əksəriyyəti-9 milyonu müsəlman olan Sincan Uyğur Muxtar bölgəsinə yönəlmiş təzyiqlərinə daha bir yenisi əlavə olunub.  Bölgədə dövlət məmurları və şagirdlərin Ramazan ayında oruc tutması qadağan edilib. Qadağa haqda məlumat bölgə rəhbərliyinin internet saytında nümayiş olunub. Təlimatnamədə Kommunist Partiya kadrlarının, dövlət məmurlarının və şagirdlərin Ramazan ayına xas dini fəaliyyətlərdə iştirak etməsi  qadağan edilib. Təlimatnamədə həmçinin qadağaların "Ramazan ayı müddətində ictimai sabitliyin təmin edilməsi məqsədiylə qəbul edildiyi" irəli sürülüb.