Əlaqə Arxiv
news Image
2012.08.02
15:00
| A A A
Hava limanında bomba xəbəri
Amerika Birləşmiş Ştatlarında bomba xəbəri çaxnaşmaya səbəb olub. Movqe.Az bildirir ki, Amerika Birləşmiş Ştatlarının Texas əyalətindəki "San Antonia" hava limanında bomba xəbəri insanların həyəcanına səbəb olub. Telefonla bu xəbəri verən biri, "San Antonio" beynəlxalq hava limanına 3 bombalı paket buraxıldığını söyləyib.

Tədbirə keçən təhlükəsizlik gücləri əvvəl hava limanını uçuşlara və ətrafındakı yolları nəqliyyata bağlayıb.

Təyyarələrdəki bəzi sərnişinlər də təhlükəsizlik səbəbiylə endirilərək bir müddət gözləmək məcburiyyətində qalıblar. Minlərlə adamı evakuasiya edən təhlükəsizlik gücləri xüsusi təhsilli itlərin də istifadə edildiyi geniş diametrli bir axtarış ediblər. Sonra isə şübhəli olan üç avtomobil üçün xüsusi qruplar çağırılıb. Bu axtarışlarda da hər hansı bir partlayıcıya rast gəlinməyib. Xəbəri əsassız olduğunun başa düşülməsindən sonra hava limanı yenidən uçuşlara açılıb.

Sizin Reklam Yeriniz