Əlaqə Arxiv
news Image
2012.08.03
12:30
| A A A
Hamada kütləvi qırğın baş verib
Əməliyyatlarda üç ailədən cəmi 50 adam öldürülüb. Movqe.Az bildirir ki, Suriyanın əyalətlərindən biri olan Hamada reallaşan əməliyyatlarda təhlükəsizlik qüvvələrinin 50 adamı öldürdüyü bildirilib.

Əsədə bağlı təhlükəsizlik qüvvələrinin Hamanın Ərbain bölgəsində reallaşdırdığı əməliyyatlarda üç ailədən cəmi 50 adamın öldürdüyü xəbəri verilib. Rəhbərliyin bölgəyə çox sayda təhlükəsizlik qruplarının göndərdiyini yazan xəbər şəbəkəsi, şəhərdə şiddətli partlayışların meydana gəldiyini və partlayış səslərinin şəhərin bütün yerlərində eşidildiyini bildirib. Hərbi hava limanı yaxınlığında Əsədə bağlı güclər ilə Azad Suriya Ordusu arasında şiddətli qarşıdurmaların baş verdiyi bildirilib. Digər tərəfdən, Şam Hərb Akademiyasınnı müdiri general Məhəmməd Hüseyn Həcc Əlinin də ordudan ayrılaraq İordaniyaya qaçdığını xəbəri yayılıb.

Sizin Reklam Yeriniz