Əlaqə Arxiv
news Image
2012.08.03
19:06
| A A A
İran jurnalistləri şairlərin məhkəməsinə buraxmır

"Səfirliyə viza üçün müraciət edən jurnalistlərin sənədləri tərcümə olunaraq İranın Xarici İşlər Nazirliyinə göndərilib. Biz də ordan cavab gözləyirik. Cavabın nə vaxt gələcəyi isə bəlli deyil". Bu sözləri Lent.az-a açıqlamasında İranın Azərbaycandakı səfirliyinin müşaviri Məhəmməd Əli Şəmsipur deyib.

Xatırladaq ki, Azərbaycan jurnalistləri İranda həbs olunan azərbaycanlı gənc şairlər Fərid Hüseyn və Şəhriyar Del Gerani (Hacızadə) barədə ətraflı məlumat almaq üçün İrana getmək niyyətindədirlər. Səfər Lent.az-ın təşəbbüsü ilə həyata keçirilir. Lent.az-dan Səbuhi Məmmədli, APA-dan Ramil Məmmədli, "Salamnews"dan Fərdin İsazadə, "Yeni Müsavat"dan Fərahim İlqaroğlu, "Mərkəz.az" saytından Mahir Məmmədov, habelə müstəqil jurnalist Cəmil Məmmədlidən ibarət jurnalist heyəti İrana getmək üçün səfirliyə müraciət ediblər. Həmçinin, "İnsan Haqları Uğrunda" İctimai Birliyin sədri, jurnalist Eynulla Fətullayev də bu təşəbbüsə qoşulub. 20 gün əvvəl, iyulun 13-dən viza üçün İranın Azərbaycandakı səfirliyinin konsulluq idarəsinə müraciət edən jurnalistlərə hələ də viza verilməsi gecikdirilir.
Həbs olunan şairlərin Təbrizdə keçiriləsi məhkəməsi isə avqustun 7-nə təyin edilib. Qarşıda iki gün istirahət günləri olduğundan bazar ertəsi viza verilsə belə jurnalistlərin səfəri texniki cəhətdən mümkün deyil.
Şəmsipur onu da dedi ki, Tehrandan cavab gələn kimi jurnalistlər məlumatlandırılacaq.

Sizin Reklam Yeriniz