news Image
2012.04.12
10:38
| A A A
Dünyanın ən varlı insanının 72,64 milyard dolları var
Slimin vəsaiti ötən ilin sonlarından indiyədək 13,4 faiz artıb Dünyanın ən varlı insanı, meksikalı Karlos Slimin var-dövləti 72,64 milyard dollara yüksəlib.
Bu barədə Mexiko şəhərində çıxan "Sentido Kumun" adlı maliyyə nəşri yazıb. Yazıda bildirilir ki, Slimin vəsaiti ötən ilin sonlarından indiyədək 13,4 faiz artıb. "Forbes" jurnalı 2011-ci ilin dekabrında onun 69 milyard dollarının olduğunu xəbər verib. Meksikalı milyarder bu qədər vəsait sayəsində ardıcıl 3-cü dəfə planetin ən varlı insanları siyahısında ilk pilləni tutub. Yerli ekspertlər hesab edirlər ki, Slimin pullarının çoxalmasına Meksika maliyyə bazarındakı əlverişli vəziyyət və ölkənin əsas ticarət tərəfdaşı ABŞ-da iqtisadi aktivliyin yüksəlməsidir.
Qeyd edək ki, Karlos Slim ötən əsrin sonlarında Meksikaya köçən livanlı kiçik dükan sahibinin oğludur. Slim hazırda Meksikanın telekommunikasiya maqnatıdır. O, 2010-cu ildə "Forbes" jurnalının siyahısında 1-ci yeri tutub. Həmin vaxt Slim "Microsoft" şirkətinin banisi Bill Geytsi 500 milyon dollar qabaqlayıb. Karlos Slim incəsənət əsərlərinin mesenatı və kolleksiyaçısıdır. O, fransız heykəltəraşı Ogüst Rodenin böyük pərəstişkarıdır. Hətta maliyyə böhranı dövründə Slimin biznesi uğurlu alınıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs