Azərbaycanda Sərhəd Məcəlləsi hazırlanır
Sənədin hazırlanmasında Azərbaycan hökumətinə Avropa Birliyi və BMT İnkişaf Proqramı tərəfindən də dəstək verilir
Azərbaycanda Sərhəd Məcəlləsi hazırlanır. Bu barədə APA-ya Milli
Məclisin Təhlükəsizlik və müdafiə Komitəsindən məlumat verilib.
Hazırda sənədin hazırlığı üzərində müvafiq qurumlar tərəfindən iş
aparılır. Sərhəd Məcəlləsi Azərbaycanda sərhəd qanunvericiliyinin
təkmilləşdirilməsi və bir sənəddə toplanmasına imkan verəcək.
Sənədin hazırlanmasında Azərbaycan hökumətinə Avropa Birliyi və BMT
İnkişaf Proqramı tərəfindən də dəstək verilir.