news Image
2012.08.07
11:54
| A A A
Daş karxanaları qiymətləri qaldırıb
Hafiz Babalı: «Bakıdakı qiymətlər ilə rayondakı qiymətləri arasında iki dəfəyə qədər fərqin olması düşündürücüdür»

Adətən yay aylarında tikinti materiallarının qiymətlərində müəyyən bahalaşma müşahidə olunur. Bu, mövsüməl əlaqədar olaraq tikinti işlərinə, xüsusən fərdi evlərin inşasına geniş şəkildə vüsət verilməsi ilə bağılıdır. Son araşdırmalara görə isə mişar daşının qiymətlərində artım müşahidə olunur. Xüsusən rayonlarda. Yazda rayonlarda 49-50 qəpiyə satılan mişar daşı hazırda 58-65 qəpik arasında dəyişir. Bakı şəhərində 35-39 qəpik arasında satılan kubiklərə Kürdəmirdə 68-65 qəpiyədir. Azərbaycanda mişar daşı əsasən Qaradağdakı əhəng dağ təpələrində istehsal olunur. Qaradağdan Kürdəmirə olan məsafə, Qaradağdan Bakının bir sıra kəndlərinə olan məsafədən çox az fərqlə uzaq olsa belə, şəhərdəki avtomobil tıxacanı nəzərə alaraq, ünvana çatma vaxtı arasında o qədər fərq olmur. Amma mişar daşının qiymətləri arasında az aqa liki dəfəyə qədər fərq var. Bu bahalaşma ilə bağlıdır?

Söhbətləşdiyimiz sürücülər bildirirlər ki, qiymətləri daş karxanaları qaldırıblar. Fövqəladə Hallar Nazirliyi rayonlarda qəza vəziyyətində olan evləri söküb yerində yenisini tikməyə başlayandan bəri isə qiymətlər daha da bahalaşıb: "Dövlət sifarişləri kifayət qədərdir. Karxanalarda "kamaz"larnövbəyə yazılırlar. Bəzən 24 saat növbə gözləməli oluruq. Həmçinin Nəqliyyat Departamenti yol polisi sürücülərə 750-dənədən artıq mişar daşı yükləməyə icazə vermirlər. Artıq yükləyən kimi bizi cərimə edirlər. Ona görə qiymətləri qaldırmışıq".

Birneçə daş karxanasında səhm payı olan ekspert Hafiz Babalının sözlərinə görə, son illər ölkədə geniş tikinti işləri aparılır: "Fərdi tikintilərin sayı artıb. Bu da qiymətlərin bahalaşmasına səbəb olur. Qiymətin bahalığı maya qiyməti təlabatla bir başa əlaqədardır. Burada başqa məsələlər var. Məsələn, bizbilirik ki, karxanaların əksəriyyəti səhmdar cəmiyyət olmalarına baxmayaraq buna uyğun fəaliyyət göstərmirlər. Bütün bunlar qiymətlərin bahalaşmasına səbəb olur". Ekspert hesab edir ki, mişar daşının Bakıdakı qiymətlər ilə rayondakı qiymətləri arasında iki dəfəyə qədər fərqin olması düşündürücüdür: "150 manata qədər fərq edir. Belə çıxır ki, "kamaz"ların daşınma xərci 150 manatdır. Məncə bu bir qədər şişirdilmiş rəqəmdir. Sürücülər arasında sövdələşmənin olub-olmaması araşdırılmalıdır".

Ekspert hesab edir ki, fərdi tikinti işləri aparan şəxslərin əsas xərcləri mişar daşlarının alınmasına yönəlib: "Mən deyərdim ki, vətəndaşların ən ciddi narahatlığı mişar daşları ilə bağlıdır. Əvvəla qeyd etdiyim kimi qiymətləri bahadır. İkincisi, daşlar keyfiyyətsizdilər. Ölçüləri standarta uyğun deyil. Hazırda satışda olan mişar daşlarının əksəriyyəti standarta cavab vermir. Qiymətin ucuzluğunu təmin etmək mümkündür. Bunun üçün mişar daşları rayonlara dəmiryolu vasitəsilə daşınmalıdır. Daş karxanaları birləşib bu problemi həll etməlidilər. Yük qatarları ilə mişar daşları daşınsa, qiymətdə əhəmiyyətli dərəcədə ucuzlaşma olar. Təəssüf ki, biz hələ az tutumlu, sovet dövründən qalma nasaz "kamaz"ların ümidinə qalmışıq".

R.Qaçayoğlu