news Image
2012.04.12
10:51
| A A A
Azərbaycan Cənubi Osetiyada keçirilən “prezident seçkilərini” tanımır
Xarici İşlər Nazirliyi Gürcüstanın Cənubi Osetiya regionunda keçirilən qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Cənubi Osetiya regionunda keçirilən qondarma "prezident seçkiləri" ilə bağlı bəyanat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Sxinvalidə - Cənubi Osetiyada 8 aprel 2012-ci il tarixində keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımadığını bəyan edir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs