Əlaqə Arxiv
news Image
2012.04.12
11:57
| A A A
Nəqliyyat Nazirliyi Bakıda 4 dispetçer məntəqəsi yaradacaq
“Eurovision” mahnı müsabiqəsi ilə bağlı paytaxta gələn turistlər üçün ayrıca avtobus və xüsusi hərəkət marşrutu seçilib Gələn ay Nəqliyyat Nazirliyi Bakıda 4 dispetçer məntəqəsi yaradacaq. Bunu SalamNews-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bildirib. Onun sözlərinə görə, mayda Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsi ilə bağlı paytaxta gələn turistlər üçün ayrıca avtobus və xüsusi hərəkət marşrutu seçilib. Turistlər Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Azadlıq meydanına gətirilərək, oradan müxtəlif otellərə bölünəcəklər. Bununla bağlı paytaxtın Bakıda 4 dispetçer məntəqəsi yaradılacaq ki, onların biri Hava Limanında, ikisi Azadlıq meydanında, digər biri isə Bayraq meydanının yanında, "Bakı Kristal Zalı" ərazisində yerləşəcək. N.Həsənov vurğulayıb ki, paytaxt ərazisində mövcud 65 taksi dayanacaqlarından 22-də yalnız London taksiləri işləyəcək. Həmin dayanacaqlarda taksilər qonaqlara xidmət göstərəcəklər. Həmçinin xaricdən 50-yə yaxın avtobus gətirilib ki, o avtobuslar turistlər üçün xəttə buraxılacaq. Lazım gələrsə, sahibkarların istifadəsində olan avtobuslarda ayrılacaq. Hazırda əlavə olaraq, 220-yə yaxın sürücüyə xüsusi kurslar keçirilir.

Sizin Reklam Yeriniz