news Image
2012.08.08
07:49
| A A A
“Təhsil kreditləri haqqında” qanunun qəbulu vacibdir
“Belə qanunun qəbul edilməsi aztəminatlı ailələrdən olan gənc istedadlı gənclərin ali təhsil alması üçün vacibdir”

"Təhsil kreditləri haqqında" qanun layihəsi Milli Məclisin payız sesiyasında qəbul olana bilər. Bunu SalamNews-a Milli Məclisin deputatı, iqtisadçı Əli Məsimli deyib. Onun sözlərinə görə, bu qanun layihəsinə Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında baxılıb. Amma digər komitələr də bu qanun layihəsinə baxacaq. Güman edirəm ki, Milli Məclisin növbəti payız sessiyasında bununla bağlı qanun qəbul ediləcək. O deyib: "Belə qanunun qəbul edilməsi aztəminatlı ailələrdən olan gənc istedadlı gənclərin ali təhsil alması üçün vacibdir. Çünki hazırda Azərbaycanda hər 3 tələbədən 2-si ödənişli təhsil alır. İndi orta əmək haqı 400 manata qədərdir. Hazırda ölkədə təhsil haqları 900 manatdan başlayır və 4500 manat civarında dəyişir. Bu da orta təbəqəli Azərbaycan vətəndaşının övladının aldığı maaşla ödənişli təhsillə təmin edə bilmir. Hesab edirəm ki, Azərbaycanda "Təhsil kreditləri haqqında" qanun layihəsi təcili qəbul olunmalıdır".