Bakı Metropoliteni bağlanır
"20 Yanvar-Dərnəgül" istiqamətində qatarların
hərəkəti müvəqqəti dayandırılacaq. Bakı Metropoliteninin "20 Yanvar - Dərnəgül" sahəsi avqustun
9-u saat 22:00-dan avqustun 13-ü saat 06:00-a qədər bağlanacaq.
Bakı Metropolitenindən Lent.az-a verilən məlumata görə, buna səbəb
həmin istiqamətdə tikinti işlərinin
aparılmasıdır.
Bu müddət ərzində "20 Yanvar - Dərnəgül" və əks istiqamətdə, qatarların hərəkəti dayandırılacaq və sərnişinlər qeyd olunan sahələrdə yerləşən stansiyaların ("20 Yanvar", "Memar Əcəmi", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül") xidmətindən istifadə edə bilməyəcəklər.
Sərnişinlərdən qeyd olunan müddətlərdə digər ictimai nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunur. Bakı metropoliteninin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.