news Image
2012.08.08
15:03
| A A A
Gənc jurnalistlər Emin Musəvi ilə görüşdü

Movqe.Az xəbər verir ki, bu gün Azərbaycan Tədris Akademiyasında  (ASA) da 106.3 FM-in musiqi şöbəsinin direktoru Emin Musəvinin  gənc jurnalistlərlə görüşü olub. Bir saata qədər davam edən debatda qonaq ASA tələbələrini maraqlandıran müxtəlif yönümlü sualları cavablandırıb. Azərbaycan TV məkanında olan boşluqlardan danışan E.Musəvinin sözlərinə görə bu gün daha çox insani dəyərləri düzgün təqdim edən əxlaqi-didaktik formatlı mərdlik və vətənpərvərlik hisslərini aşılayan verilişlərin olması vacibdir. O, ən uğurlu layihəsi kimi "Rəsmilər qeyri-rəsmi"ini qeyd edib: "Bu layihə çərçivəsində nə yaxşı ki, Anar Məmmədxanovla çəkiliş baş tutdu, daha sonra peşman olacağım bir hiss olardı." Öz peşə fəaliyyətində radionun aparıcı xətt olduğunu, TV fəaliyyətindən mümkün qədər uzaq olmaq istədiyini bildirdi: "106.3 FM-in yalnız Azərbaycan musiqilərini səsləndirmə fərqliliyi Azərbaycan musiqisini təbliğ etməklə yanaşı müğənnilərin də keyfiyyətli mahnılar ifa etməsinə şərait yaradır." E.Musəvi kommersiya verlişlərinin olmasından gileyləndi və təəssüflə qeyd etdi ki, "bu proqramlarsız keçinmək olmaz." Qonaq jurnalistlərə tövsiyyələrini də verib. E. Musəvinin sözlərinə görə vətənpərvərlik yalnız hansısa cümləni sloqan edərək tirajlamaq deyil, hər kəs öz peşəsində məsuliyyətlə çalışsa uğurlu nəticə əldə etmək olar. E.Musəvi ilə görüş məmnunluq hiss ilə başa çatıb.