Əlaqə Arxiv
news Image
2012.08.09
12:47
| A A A
Romneydən Obamaya Ləqəb: “Obamaloney”

Movqe.Az xəbər verir ki, ABŞ-da prezident seçkiləri yaxınlaşdığı vaxtda, namizədlər bir-birlərinə ləqəb qoymağa davam edir. Obamanın Mitt Romney üçün "Romneyhood" deməsinin ardınca Romney də, "Uydurmaçı Obama" mənasını verən "Obamaloney" ifadəsini işlədib.

Noyabrda ABŞ-da keçiriləcək prezident seçkiləri üçün sayılı günlər qaldığı vaxtda Demokrat Partiya namizədi Barak Obama ilə Respublikaçıların namizədi Mitt Romney arasındakı rəqabət daha da qızışır.

Obamanı eks-prezident Bill Klintonla müqayisə edən reklam çarxı hazırlatdıran Romney, Obamanı Klintonun reallaşdırdığı islahatları yox etməklə təqsirləndirdi.

İllinoys ştatında seçicilərə səslənən Romney, "asılılıq mədəniyyətinə son verib, iş mədəniyyətini geri gətirəcəyik" deyib.

Romney ona zənginlərdən alıb yoxsullara paylayan "Robin Hood"un əksinə zənginlərə kömək etmək üçün yoxsulların üzərinə qoyulan verigiləri artıracağına görə "Romneyhood" ləqəbini verən Obamaya yenə bir ləqəblə cavab verib.

Romney, durmadan udurmalar danışmaqda təqsirləndirdiyi Obamaya, "Uydurmaçı Obama" mənasını verən "Obamaloney" deyə müraciət edib.

Romneyin son üç ayda yüksəlməsini görən Demokrat Partiya isə sentyabr ayında keçiriləcək partiya konqresinin hazırlıqlarını sürətləndirib. Partiya Klintonun məşhurluğundan faydalanmaq məqsədiylə keçmiş prezidenti konqresə natiq olaraq dəvət edib.

Anketlərə görə Obama və Romneyin səs fərqi bir-birinə son dərəcə yaxındır. "Quinnipiac" Universiteti, "CBS News" və "New York Times "qəzeti tərəfindən 3 ştatda keçirilən sorğulara görə Obama, Virciniya əyalətində 4, Visconsin əyalətində isə 6 bal yığıb. Romney isə Kolorado əyalətində 5 bal fərqlə Obamanın qabağına keçib.

Digər tərəfdən də Romneyin seçicilərindən yığdığı ianələrin məbləği 101,3 milyon dollara çatıb, Obamanın yığdığı miqdar isə 75 milyon dollara bərabərdir.

Sizin Reklam Yeriniz