news Image
2012.08.09
17:27
| A A A
Rusca artıq Ukraynanın rəsmi dillərindən biridir

Movqe.Az xəbər verir ki, Ukrayna prezidenti Viktor Yanukoviç mübahisəli dil qanununu təsdiqlədi. Bundan sonra ölkənin 13 bölgəsində rusca da rəsmi dil olaraq istifadə edilə biləcək.

Müxalifət Yanukoviçin qanunu təsdiqləməsinə sərt reaksiya verib. Keçmiş xarici işlər naziri Arseni Yatseniuk Yanukoviçin təsdiqini vətənə xəyanət cinayəti kimi qiymətləndirib.

Müzakirə mövzusu olan qanunun xüsusən rus etnik mənşəlilərlə ukraynalılar arasında gərginliyə gətirib çıxarmasından narahatlıq ifadə edilir. Ruscaya rəsmi dil statusu nəzərdə tutan qanun Ukrayna xalqı tərəfindən də böyük reaksiyaya səbəb olmuşdu və paytaxt Kiyev küçələrində qanun əleyhdarlarının nümayişi keçirilmişdi.

Ötən ay parlamentdən keçən qanunun qəbulu üçün prezident Yanukoviçin təsdiqi gözlənilirdi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs