news Image
2012.08.10
07:58
| A A A
Gürcüstan ərazisində yaşayan ermənilər bu ölkə üçün böyük bir təhlükəyə çevriləcək
“Onların ən axmaq addımları rəhbərləri, himayədarları da olmaqla əslində Dağlıq Qarabağ münaqişəsinə girişmələri oldu”

Gürcüstan mətbuatında yayılan xəbərlərdə bildirilir ki, Rusiya erməniləri Ermənistan hakimiyyətindən tələb ediblər ki, suriyalı erməniləri qarşılamağa həmişə hazır olsun və onların Gürcüstanın Samxse-Cavaxetiya, Abxaziya və Kabardin Balkariya bölgəsində yerləşdirilməsi üçün tədbirlər görsün. Bunun Gürcüstan üçün də təhlükə olub-olmamasını Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Səs TV-yə müsahibəsidə belə şərh edib: "Bu proses 160-170 ildir başlayıb. Ermənilər əslində tarixən bu ərazilərdə yaşamayıb. Bütün tədqiqatlar bunu sübut edir. Bu ərazilərdə onların dediyi 2-3 min illik dövlətlərinin mövcudluğu məsələsi əfsanədən başqa bir şey deyil. Bütün tarixi faktlar ermənilərin iddialarını təkzib edir. Amma bütün bu proseslərin nəticəsində, tam əlacsız qalaraq, rus çarlarının himayəsi altında bunlara Cənubi Qafqazda yer verilib. Bütün bunların hamısı da köç sayəsində əmələ gəlib. Ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesinin davam etdirilməsi fikrindən hətta bu gün də müəyyən siyasətçilər, siyasi xadimlər daşınmırlar. Onların təkcə Azərbaycan ərazilərinə yox, Gürcüstan, İran, Türkiyəyə köçürülməsi nəzərdə tutulub, ancaq mərkəz kimi Cənubi Qafqaza nəzərdə tutulub. Çünki bu gün ermənilərin daha sığınacağı başqa bir yeri yoxdur. O nöqteyi-nəzərdən onlar özlərinin sayını bölgədə çoxaltmağa çalışırlar. Baxmayaraq ki, bu proses əks istiqamətdə gedir. Müstəqillik qazanandan bu yana Ermənistanın əhalisinin böyük hissəsi ölkəni tərk edir. "Torpaq, torpaq" desələr də ermənilərin əslində torpağa bağlılıqları yoxdur. Belə olmasaydı onlar dünyanın müxtəlif ölkələrində Argentinadan tutmuş Cənubi Afrika ölkələrinə qədər toplu şəkildə yayılmazdılar.

Buna baxmayaraq bəzi avantürist rəhbərləri yenə bu iddialara əl atırlar. Hələlik, mən düşünürəm ki, bu bir ideyadır. Gürcüstan ərazisinə köçürülüb məskunlaşmasalar belə, onsuz da orada yaşayan ermənilər bu ölkə üçün yaxın və ya uzaq gələcəkdə böyük bir təhlükəyə çevriləcək. Bu özünü mütləq göstərəcək. Erməni xisləti, təbiəti bunu gizlədə bilməz. Sadəcə olaraq onların vəziyyəti bu gün həddindən artıq pisdir. Özlərini təcrid vəziyyətinə salıblar. Onların ən axmaq addımları rəhbərləri, himayədarları da olmaqla əslində Dağlıq Qarabağ münaqişəsinə girişmələri oldu. Bu baş verməsəydi ermənilər regionda çox böyük imtiyaz, imkanlarla inkişaf edə bilərdi. İndi onlar çox çətin bir vəziyyətdədirlər. Beynəlxalq hüquq da, dəstək də Azərbaycanın tərəfindədir. Baxmayaraq ki, Ermənistana görünməyən dəstək də çoxdur, amma onlar əl-qollarını aça bilmirlər. Bu gün o ərazilərə ermənilərin köçü olmasa belə, nə vaxtsa, azacıq olsa da özlərinə gəlsələr Cavaxetiya bölgəsində bu məsələ qaldırılacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs