news Image
2012.08.10
13:43
| A A A
Ermənistan Azərbaycanla dövlət sərhədində snayperlərin sayını artırıb
Ermənistan Azərbaycanla dövlət sərhədində snayperlərin sayını artırıb. Bu barədə APA-ya Azərbaycan Ordusundakı hərbi mənbələrdən məlumat verilib. Azərbaycan tərəfinin müxtəlif kanallar vasitəsi ilə əldə etdiyi məlumata görə, müdafiə naziri Seyran Ohanyanın əmri ilə son həftə ərzində Ermənistan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrindən dövlət sərhədindəki mövqelərə xeyli sayda snayperlər transfer olunub. Son günlərdə dövlət sərhədində ilk dəfə olaraq Azərbaycan mövqelərinə 12,5 mm çaplı snayper tüfənglərindən atəşlərin açılması faktları qeydə alınmaqdadır.

Avqustun 7-də S. Ohanyan dövlət sərhədindəki hərbi birliklərin mövqelərində aparılan möhkəmləndirmə işləri ilə tanış olarkən ön xəttə yeni göndərilmiş snayperlərlə görüşüb, onlara qarşı tərəfi maksimum şəkildə neytrallaşdırmaq təlimatı verib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs