news Image
2012.08.11
10:15
| A A A
Hava isti və küləkli keçəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə olan hava proqnozunu açıqlayıb. 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. 
Havanın temperaturu gecə 22-27, gündüz 32-37 dərəcə isti təşkil edəcək. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəldikdə isə bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəck. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.