Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Jurnalistlərə Gender bərabərliyi mövzusunda təlimlər keçiriləcək - FOTOLAR
 
 
news Image
2012.08.16
16:33
| A A A
Jurnalistlərə Gender bərabərliyi mövzusunda təlimlər keçiriləcək - FOTOLAR

Movqe.Az xəbər verir ki, avqustun 16-da Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) və D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyəti ilə birlikdə BMM-də mətbuat konfransı keçirdi.

Xatırladaq ki, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) və D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətindən ibarət Koalisiya Counterpart İnternasional təşkilatının Qadın İştirakçılığı Proqramı çərçivəsində "GEDAW Əməldə" adlı layihə həyata keçirir. Layihə ABŞ-ın İnkişaf Agentliyi və Norveç Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənir.

Layihənin təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında çııxış edən RİQC-in sədri Şəhla İsmayıl bildirdi ki, layihənin əsas məqsədi Azərbaycanda gender bərabərliyi və qadın hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılmasına istiqamətlənən BMT-nin Qadınlara Qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına (CEDAW) dair ictimai maarifləndirmə kampaniyasının keçirilməsidir. 2013-cü ilin ortasına qədər davam edəcək İctimai maarifləndirmə kampaniyasına sosial çarxların çəkilişi, jurnalistlər və qadın QHT-ləri üçün təlimlərin keçirilməsi, TV proqramlarının hazırlanması, media müsabiqələrinin təşkili və digər təşəbbüslər daxildir.

O da vurğulandı ki, bu tədbirlərin fəal iştirakçısı olan bir nəfəri Hyu-Yorka səfər gözləyir. Ş. İsmayıl bildirdi ki, layihənin əsas hədəf qruplarından biri olan KİV nümayəndələri ilə xüsusi fəaliyyətlər nəzərdə tutulub ki, bunlar layihənin digər komponentləri ilə bərabər KİV və qadın təşkilatları arasında ünsiyyət və əməkdaşlığı artıraraq, BMT-nin mühüm CEDAW sənədindən daha səmərəli istifadə etməyə imkan yaradacaq. Layihənin KİV-lə bağlı fəaliyyəti üç hissədən ibarət olduğunu deyən cəmiyyətin sədri qeyd etdi ki, burada ilk olaraq gender mövzusu ilə məşğul olan jurnalistlərin məlumat bazasının yaradılması yer alır. Bundan başqa "Gender və Media" adlı təlim kursunun təşkili nəzərdə tutulub. Nəhayət, KİV-də maarifləndirmə kampaniyasının aparılması nəzərdə tutulub. O da qeyd edildi ki, məlumat bazası artıq hazırlanıb və tezliklə istifadəyə veriləcək. Cəmiyyət sədrinin sözlərinə görə, layihənin önəmli mərhələlərindən biri olan jurnalistlər üçün üç günlük təlimdə iştirak layihənin digər fəaliyyətlərdə iştirak etmək üçün əsas şərtlərdən biridir. Jurnalistika, Gender və CEDAW haqqında ətraflı məlumatı əhatə edəcək təlim kursu 22-25 avqust tarixində İsmayıllı rayonunda yerləşən "Green House" istirahət kompleksində təşkil olunacaq. Bu müddət ərzində təlimçilər CEDAW, gender, informasiya əldə etməyin yolları, new-media, jurnalist etikası və digər mövzularla təlim kursunu əhatə edəcəklər.






Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs