Əlaqə Arxiv
news Image
2012.08.17
08:41
| A A A
“Mümkün ola biləcək təhlükəni artıq bu gün önləməliyik”
Azərbaycanda vaxtaşırı müxtəlif dini təşkilatların fəallığı müşahidə olunsa da, bütövlükdə islam faktorunun siyasi həyatda aparıcı rol oynamaq ehtimalı bu gün zəifdir

Azərbaycanın dünyəvi inkişaf yolunu qoruyub saxlamaq və ümumiyyətlə, dövlət-din münasibətlərində sabitliyi gücləndirmək ən vacib istiqamətlərdəndir. Bunu Gün.Az-a açıqlamasında millət vəkili, professor Gövhər Baxşəliyeva dilə gətirib. Millət vəkilinin dediyinə görə, Azərbaycanda vaxtaşırı müxtəlif dini təşkilatların fəallığı müşahidə olunsa da, bütövlükdə islam faktorunun siyasi həyatda aparıcı rol oynamaq ehtimalı bu gün zəifdir. G.Baxşəliyevanın fikrincə, bu, ilk növbədə, islam dininin özü ilə deyil, həmin dindən siyasi ideologiya kimi istifadə etməyə çalışan qüvvələrin cəmiyyətdə tutduğu siyasi, iqtisadi, mədəni mövqeyi, həmin qüvvələrin qarşılıqlı münasibətləri ilə bağlıdır. "Lakin biz daim irəli baxmalıyıq və bu istiqamətdə sabah mümkün ola biləcək təhlükəni artıq bu gün önləməliyik", - deyə, millət vəkili sözlərinə əlavə edib.

Sizin Reklam Yeriniz