Əlaqə Arxiv
news Image
2012.08.17
15:45
| A A A
Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlıların dərslik problemini həll edəcək
Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlıların təhsil aldıqları məktəblərdə dərslik problemini həll edəcək.

Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının APA-ya verdiyi məlumata görə, artıq nazirliyin Gürcüstanın Elm və Təhsil Nazirliyinə ünvanladığı məktub həmin quruma çatdırılıb: "Gürcüstanın Elm və Təhsil Nazirliyi həmin məktəblərdə dərsliyə olan tələbatı öyrənəcək və bizə öz sifarişlərini verəcək. Biz yeni dərs ilinədək həmin məktəblərdə tələbat olan Azərbaycan dili və ədəbiyyat dərsliklərini Gürcüstana göndərəcəyik"

F.Şahbazov onu da bildirib ki, Azərbaycanda yaşayan udinlər üçün yeni dərsliyin çapına başlanılıb: "3-cü sinif şagirdləri üçün nəzərdə tutulan "Udin dili" dərsliyi 300 tirajla çap ediləcək, yeni dərs ilinədək Qəbələ rayonun Nij kəndindəki məktəblərə paylanılacaq". 

Şöbə müdiri, Azərbaycanda digər milli azlıqların dərsliklə bağlı problemlərinin olmadığını deyib. O deyib ki, Azərbaycanda talış, ləzgi, saxur, avar və udinlər üçün dərsliklər çap edilib.
 
Sizin Reklam Yeriniz