Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Qafqaz Müsəlmanları İdarəsinin
(QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı
münasibətilə müsəlmanları, o cümlədən Azərbaycan xalqını təbrik
edib. APA-nın məlumatına
görə, təbrikdə Ramazanın müqəddəsliyinin "Quran"ın məhz bu ayda
nazil olması ilə bağlı olduğu vurğulanıb: "Ümumbəşəri əhəmiyyətə
malik bu bayram insana sonsuz iman sevgisi bəxş edir. Şükürlər
olsun ki, Uca Allahın istəyini qazanmaq üçün müsəlman qardaş və
bacılarımız mübarək ay boyunca ibadətlərini sonsuz ehtiram, fərəh
və səylə tamamlayaraq, Ramazan bayramına qovuşurlar. Allahın vacib
hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vurmuş xalqımıza
mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun, inşallah. Bu
əziz gündə biz Uca Allaha dualar edirik ki, inşallah,
müstəqilliyimizin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün
bərpası uğrunda səy göstərən dövlət başçımız İlham Əliyevin
rəhbərliyi altında işğal altında olan torpaqlarımız azad olunsun,
qaçqınlarımız və köçkünlərimiz öz doğma yurdlarına qayıtsın. Əziz
bayram - Eydül-Fitr münasibətilə bütün müsəlmanlarımızı bir daha
səmimi qəlbdən təbrik edir, xeyir-dua verir, hər birinizin ocağına
rifah və əmin-amanlıq bəxş etməsini Uca Allahdan diləyirəm".
Təbrikdə daha sonra deyilir: "Məlum olduğu kimi, Azərbaycanda Şəvval ayının hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı, inşallah, miladi təqvimi ilə avqustun 19-na və ya 20-nə təsadüf edəcək. Minnətdarıq ki, milli-mənəvi amilə hər zaman böyük dəyər verən dövlət başçımızın sərəncamı ilə Ramazan bayramı dövlət səviyyəsində rəsmən hər iki gündə qeyd ediləcək. Dualarımız Vətənimizin xoşbəxt gələcəyi və xalqımızın səadətə qovuşması üçündür. Qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçək olsun! Allah orucumuzun əcri olaraq öz lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin, Vətənimizi qüdrətli və firavan qərar versin! AMİN!"