Əlaqə Arxiv
news Image
2012.08.18
08:35
| A A A
Türkiyə Suriyada əməliyyatlara başlaya bilər
“Əgər terrorçu PKK Suriyanın şimalında Türkiyə üçün təhlükəyə çevrilərsə...”

"Suriya ətrafında baş verənlər bu ölkənin yaxın tarixi üçün heç də yaxşı nə isə vəd etmir. Türkiyənin səbri daşıb, əsəblər tarıma çəkilib. Kürd Fəhlə Partiyasının (PKK) Suriyada aktivləşməsi rəsmi Ankaranı ehtiyatlı olmağa vadar edib. Əgər terrorçu PKK Suriyanın şimalında Türkiyə üçün təhlükəyə çevrilərsə, Ankara Suriyada onlara qarşı əməliyyatlara başlaya bilər". Bunu Türkiyə Prezidenti Abdulla Gül deyib. Bu barədə Türkiyənin "Zaman" qəzeti xəbər verir.

"Türkiyə Suriyanın şimalındakı vəziyyəti izləyir. Əgər PKK-nın Suriyada olması Türkiyə üçün təhlükəyə çevrilərsə, biz buna mane ola və lazımi əməliyyata başlaya bilərik", - Gül bildirib.

PKK döyüşçülərinin Suriya rejimi tərəfindən silahlandırılması barədə suala cavab verərkən Türkiyə Prezidenti deyib ki, bu, istisna edilmir.

Gül, həmçinin qeyd edib ki, regionun bütün xalqları kimi, kürdlərin də yaşadıqları ölkələrdə öz müqəddəratlarını təyin etmə hüququ və azadlıqları var. Lakin bununla yanaşı, dinc kürdlərlə PKK terrorçularını ayırmaq lazımdır.
Sizin Reklam Yeriniz