news Image
2012.04.12
13:56
| A A A
Türk dövlətləri üçün ortaq tarix dərsliyi yazılacaq
Mövqe.az xəbər verir ki , Türk dövlətləri arasında əməkdaşlıq artırmaq məqsədiylə qurulan Türk Şurası avqust ayında Bişkekdə keçiriləcək zirvədə toplantısında təhsil, mədəniyyət və elm sahəsində əhəmiyyətli qərarlara imza atmağa hazırlanır.
Üzv ölkə məktəblərində ortaq tarix kitablarının oxudulması və ortaq əlifbaya keçilməsi gündəmin ən ön sıralarında yer alır. Jurnalistə məlumat verən baş katib Xəlil Akıncıya görə Şura sayəsində tarixdə ilk dəfə könüllü yığışan türk dövlətləri "yanaşı" yeriməyi öyrəndikdən sonra "birlikdə addımlamağ"a davam edəcəklər.
Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstan dövlət başçılarının 2009-cu ildə Naxçıvanda bir araya gələrək quruluş razılaşmasını imzaladığı təşkilatın 4 üzvü var . Qurum 103 milyon əhali və 1 trilyon 287 milyon dollarlıq maliyyəyə malikdir. Özbəkistan və Türkmənistanın da üzv olması nəticəsində Türk Şurasının əhalisinin sayı 140 milyona, maliyyə fondu isə 1,5 trilyon dollara çatacaq. Təşkilatın baş katibliyi İstanbulda yerləşir.
13-cü əsrə qədər bir-birlərini asan anlayan türklər arasında dil və əlifba birliyini təmin etmək üçün müəyyən işlər gördüklərini söyləyən baş katib Xəlil Akıncı Azərbaycan, Özbəkistan və Türkmənistanın kiçik fərqlərlə birlikdə Latın əlifbasına keçdiyini, digər ölkələrin də bunları izləyəcəyini, ortaq dil mövzusunda isə mütəxəssislər tərəfindən terminlərdən başlayaraq işlər getdiyini deyib.
Baş katib, Türkmənistanın Latın əlifbasına keçməsinə lazım olan 10-15 milyon dollarlıq dəstəyi Türkiyənin verdiyini, məktəb kitablarının isə Türkiyədə nəşr olunduğunu qeyd edib.
Müstəqillik qazanan türk dövlətlərində milliyyətçiliklə birlikdə İslama yönəlmənin də artdığına diqqət çəkən Xəlil Akıncı 1970-ci illərdə Özbəkistan ziyarətində bir məscidə getmək istədiyini, 60 yaş kiçiklərə icazə verilməyən məscidin ətrafının mühasirəyə alındığını şəxsən gördüyünü vurğulayıb. Mənəvi istiqamətlənmənin normal olduğunu deyən Akıncı, Sələfiliyin artdığını və buna da diqqət ayrılmasına ehtiyac olduğunu vurğulayıb.

Əfqanə Məzahirqızı

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs