news Image
2012.08.18
19:05
| A A A
Azərbaycan ərazisində güclü külək əsəcək
Bakı və Abşeron yarımadasında avqustun 19-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 21-26, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir. 

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 19-da əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq. 

Avqustun 19-da Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs