news Image
2012.08.22
16:16
| A A A
TQDK abituriyentlərə xəbərdarlıq etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərə xəbərdarlıq etdi. TQDK-danModern.az-averilən məlumata görə, tələbə adı qazanmış şəxslər 2012-ci il avqustun 23-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Bildirilib ki, qeydiyyatdan keçmək üçün tələb olunan sənədlərin siyahısını müvafiq ali təhsil müəssisəsinə müraciət edib dəqiqləşdirmək lazımdır.

Qeyd edək ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Əyani və qiyabi təhsil forması olan ixtisaslara qəbul olmuş abituriyentlər təhsilalma formasını qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçərkən seçəcəkdir.

Xatırladaq ki, cari ildə ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olub. Qəbul planı 94 % dolubdur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs