Əlaqə Arxiv
news Image
2012.08.23
16:59
| A A A
“Elçibəyin məzarının açılmasına heç bir halda icazə verməyəcəyik”
“Əbülfəz Elçibəyin zəhərlənməsi barədə iddialara münasibət bildirmək istəmirik”. Bunu APA-ya açıqlamasında eks-prezident Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyeva bildirib. O, ailəsinin bu məsələ ilə bağlı mövqeyini də açıqlayıb: "Ailəmizin yekdil mövqeyi bundan ibarətdir ki, heç bir halda Elçibəyin məzarının açılmasına icazə verməyəcəyik. Tutaq ki, zəhərlənmə faktı təsdiqləndi, bunun məsuliyyəti kimin boynuna qoyulacaq?"
H. Əliyeva hazırda Bakıda olmadığı üçün Elçibəyin adı ətrafında Fazil Qəzənfəroğlu və Xanım Xəlilova arasındakı mübahisədən xəbərsiz olduğunu söyləyib.
Sizin Reklam Yeriniz