news Image
2012.08.24
15:43
| A A A
“Gender və Media” adlı təlim kursu başlayıb - FOTOLAR

Movqe.Az xəbər verir ki, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) və D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətindən ibarət Koalisiya Counterpart İnternational təşkilatının Qadın İştirakçılığı Proqramı çərçivəsində  "CEDAW  ƏMƏLDƏ" adlı layihəsini həyata keçirir. Layihə ABŞ-ın İnkişaf Agentliyi və Norveç Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşir və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənir.

Layihənin əsas məqsədi Azərbaycanda gender bərabərliyi və qadın hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılmasına istiqamətlənən BMT-nin Qadınlara Qarşı Ayrı-Seçkiliyin bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiyasına (CEDAW) dair İctimai Maarifləndirmə Kampaniyasının keçirilməsidir. 2013-cü ilin ortasına qədər davam edəcək İctimai Maarifləndirmə Kampaniyasına sosial çarxların çəkilişi, jurnalistlər və qadın QHT-ləri üçün təlimlərin keçirilməsi, TV proqramlarının hazırlanması, media müsabiqələrin təşkili və digər təşəbbüslər daxildir.

16 avqust 2012 tarixində keçirilən mətbuat konfransında, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl və Counterpart İnternational təşkilatının Qadın İştirakçılığı Proqramının nümayəndəsi Ülviyyə Məmmədova layihə haqqında ətraflı məlumat verərək, iştirakçıların suallarını cavablandırıblar.

Onların sözlərinə görə layihənin əsas hədəf qruplarından biri olan KİV nümayəndələri ilə xüsusi fəaliyyətlər nəzərdə tutulub ki, bunlar layihənin digər komponentləri ilə bərabər KİV və qadın təşkilatları arasında ünsiyyət və əməkdaşlığı artıraraq, BMT-nin mühüm CEDAW sənədindən daha səmərəli istifadə etməyə imkan yaradacaq. Səlahiyyətlilərin fikrincə Layihənin KİV-lə bağlı fəaliyyəti 3 hissədən ibarətdir: "Gender mövzusu ilə məşğul olan jurnalistlərin məlumat bazasının yaradılması, "Gender və Media" adlı təlim kursunun təşkili və KİV-də maarifləndirmə kampaniyasının aparılması kimi 3 hissədən ibarət olan layihəmiz çərçivəsində məlumat bazası artıq hazırlanıb və tezliklə istifadəyə veriləcək."

Jurnalistlər üçün 3 günlük təlimdə iştirak layihənin digər fəaliyyətlərdə iştirak etmək üçün əsas şərtlərdən biridir.

Jurnalistika, Gender və CEDAW haqqında ətraflı məlumatı əhatə edəcək təlim kursu avqustun 22-dən 25-dək İsmayıllı rayonundakı "Green House"  istirahət kompleksində təşkil olunub.

Təlimçilər Zeynal Məmmədli, İlhamiyyə Rza, Mehriban Vəzir, Təranə Mahmudova və Şəhla İsmayıldır. Təlim kursu CEDAW, gender, informasiya əldə etməyin yolları, "new-media", jurnalist etikası və digər mövzularla təşkil olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs