ABŞ fəlakət qarşısında
"İsaak" ölkə ərazisinə çatıb, dambalar dözmür...
Güclü külək və leysan yağışla müşahidə
olunan Tropik "İsaak" qasırğası ABŞ-a çatıb.
Lent.az-ın "mignews.com" saytına istinadən verdiyi məlumata görə,
hazırda qasırğanın təsirinə ən çox məruz qalan ştat Yeni Orleandır.
Küləyin sürəti saatda 130 kilometrə çatır. Luizianada fövqəladə
vəziyyət elan olunub. Dambalar artıq yığılan su həcminə dözmür,
bölgə güclü subasma təhlükəsi ilə üzləşib. ABŞ prezidenti Barak
Obama deyib ki, əhali hakimiyyətin qasırğa ilə bağlı xəbərdarlığına
ciddi yanaşmalıdır. ABŞ hökuməti Luiziana, Missisipi və Alabama
ştatlarında əhalini evakuasiya edir. Əhali 7 il əvvəl 1800 insanın
həyatına son qoymuş "Katrina" qasırğası fəlakətinin yenidən
təkrarlanacağından qorxur.